Ağdamda yeniyetmə qız pomidor turşusundan zəhərlənib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 2000-ci il təvəllüdlü İbrahimova Xatirə Baxış qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaxınları bildiriblər ki, X. İbrahimova ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənib.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.