Astarada 18 yaşlı qız binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb

Azərbaycanın Astara şəhərində bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.30 radələrində Astara şəhərinin  Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan  binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

 

Onun meyiti müayinə olunmaqdan ötrü  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.