Avtobusda oğurluq etdi, tutuldu

Bakıda sərnişin avtobusunda pul oğurlamış şəxs tutulub.

Sabahinfo.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də 211 saylı xətt avtobusunda Bakı şəhər sakini Azər Seyfullayevin cibindən 167 manat pul oğurlamış Sumqayıt şəhər sakiniHüseyn Şükürov tutulub.

Araşdırma aparılır.