Formula 1 yarışlarının, eləcə də digər beynəlxalq yarış və tədbirlərin
Azərbaycanda keçirilməsinə nəinki qarşıyam, hətta bunun üçün daha böyük səy və əmək
sərf edilməsinin lehiniyəm. Turistlər də gəlsin, ölkə də tanınsın və dünyaya
daha yaxşı da inteqrasiya edək. Amma, nə zaman ki, bu tədbirlər Azərbaycan vətəndaşlarına
narahatlıq gətirir, onlarda qıcıq yaradır, lazımsız yerə pullar xərclənir, o
zaman təmamən bu tip tədbirlərin əleyhinəyəm.
Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədiri (AXCP) Razi Nurullayev deyib. Sədir bidirib ki, hökumət hələ on il də bu tədbiri keçirmək öhdəliyini götürdüyünə görə, bu yarışların əleyhinə çıxmaq heç nəyi dəyişməyəcək:
"Amma, bu yarışlardan yaranan uduşu artırmaq və şəhər sakinləri üçün
narahatlığı aradan qaldırmaq məqsədiylə vacib addəmların atılması qaçılmazdır və
mən hökuməti bu təxirəsalınmaz tədbirləri yerinə yetirməyə çağırıram. Problemlər
nədir? Birincisi, yarışların şəhər mərkəzində keçirilməsi qəbuledilməzdir.
Bakıda onsuz da tıxac, yol və parkovka problemi var. Artıq bir aydan çoxdur ki,
şəhərin mərkəzi küçələrində baş verən yolsuzluq, kənarlara da təsir etməyə
başlayıb. Yol da ən azı bir həftəlik təmamən bağlanır və sürücülərin, o cümlədən
şəhər sakinlərinin həyatı çox çətinləşəcək. Demək, probkalar yaranacaq, nə qədər
çox adam bilet alıb o oyunlara baxsa da, onların 1000 qatı bu oyunların onlara
yaratdığı narahatlığa görə əzab-əziyyət çəkəcək.
İkincisi, bulvara giriş bağlanır. Yay ayında hamı bulvara axışır və
orada bir həfətlik girişin bağlanması yüz mindən artıq adamı birbaşa təsirə məruz
qoyaraq, incidəcək və oyunlara münasibətini mənfiyə dəyişəcək.
Üçüncüsü, hal-hazırda ölkədə iqtisadi çətinlik və inflyasiya yaşanan
zaman rəsmi açıqlanan 100 milyona yaxın vəsaitin yola çəkilməsi və sonra
qaşınıb atılması çox böyük narazılıq və narahatlıq yaradır. Aydındır ki, bunu
ilk öncə bu şəkildə düşünüb qərar verənlər yanlışlığa yol veriblər. Oyunların
Azərbaycanda keçirilməsinin eyforiyasını yaşayaraq, onun doğuracağı problemləri
düşünməyiblər”.
Mövcud poblemlərdən çıxış yollarından danışan AXCP sədiri, bununla bağlı hökumətə təklif irəli sürüb:
"Təklif edirəm ki, gələn ildən oyunların şəhər mərkəzində keçirilməsi təcrübəsi
dayandırılsın. Şəhərdən kənarda, yarışların keçirilməsi üçün yeni infrastruktur
salınsın. Onsuz da, hər il yolu qaşıyaraq yeni asfalt çəkiləcək. Elə bu xərcləri
göyə sovuranacan, Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi üçün daimi
ünvanda bir infrastruktur yaradılarsa, qalıcı olar və ən azından pullar da
indiki səviyyədəki kimi göyə sovrulmaz. Birinci Avropa Oyunları zamanı, heç
olmasa tikilən və təmir olunan qaldı. Bu infrastruktur gələn il keçiriləcək
İslam Həmrəylik Oyunları üçün də istifadə olunacaq.
Digər tərəfdən, kənarda yaradılan infrastrukturun bir neçə üstünlüyü
var. Birincisi, Azərbaycan pilotlarının məşq etmək üçün yeri olur və onlar il
boyu orada təlim keçə bilirlər. İkincisi isə, Azərbaycanda hər zaman məsələ
qaldırılıb ki, "avtoş”lar üçün bir poliqon salınsın. Onlar şəhər küçələrində
07-ləri təkərləri üstünə qaldırıb kişnətməkdənsə, qoy gedib orada dördnala
qaldırsınlar. Bunun üçün də həmin məkanın kənarında dairəvi "avtoş məkanı” -
yolun da salınması məqbuldur. Bu cür məkanın salınması həm yeni infrastrukturun
qurulması, yaşıllıq zolaqlarının genişləndirilməsi və daha bir turist məkanınnın
olması anlamına gəlir. Bakıya bir aydan sonra gələn turistə deyəcəyik ki, Formula
1 bu yollarda keçirilib, amma onda təəssürat yaradacaq heç bir vizual effekt
olmayacaq.
Ümid edirəm ki, hökumət, dövlət başçısı bu təklifimə reaksiya verəcək və
bu ildən yarışların keçirilməsi üçün yeni infrastrukturun salınmasına
başlayacaq”.