Gənclər İdman Nazirliyi, Milli olimpiya komitəsi və Azərbaycan Avtomabil Fedarasiyasının birgə təşkilatçılığı ilə Formula 1 yarışlarına dəstək olaraq Azərbaycanın tanınmış insanları arasında Elit ticarət mərkəzində metkartinq yarışması keçiriləcək.
Bu turnirdə Azərbaycanın tanınmış simaları iştirak edəcəklər. Olimpiya və dünya çempionları, TV nümayəndələri, jurnalistlər və estrada ulduzları yarışacaqlar. Ölkəmizin idman ictimayyətinin ən nüfuzlu şəxslərinin iştrak edəcəyi bu turnirdə sizləri də görməkdən şad olardıq. Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə qiymətli xatirə hədiyyələri, diplomlar və mükafatlar gözlənilir.
Elit ticarət və əyləncə mərkəzində Bakı kartinq klubda təyin olunmuş yerdə keçiriləcək bu yarışmanın sonunda furşet və Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı keçiriləcəkdir.
14.06.2016 saat 13:00 da başlayır.
Əlaqə 055 286 86 29
İnformasiya dəstəyi Trend.az Day.Az