Noyabrın 8-də rayonun Bayraq Meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə ümumrayon
tədbiri keçirilib.
sabahinfo.az-a verilən məlumata görə Tədbirdə
rayon rəhbərliyi, ağsaqqallar və ziyalılar , idarə , müəssisə və təşkilat
rəhbərləri, rayon
ərazisində yerləşən "N” saylı hərbi hissənin
hərbiçiləri, əmək kollektivlərinin nümayəndələri, təhsil, səhiyyə,
mədəniyyət işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Bayraq Günü münasibətilə rayon Gənclər və İdman
idarəsinin təşkilatçılığı ilə 50-dən artıq həvəskar və peşəkar velosipedçinin
iştirakı ilə veloyürüş keçirilib və məktəblilərin əl işlərindən ibarət sərgi
nümayiş edilib.
Mərasimdə şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin
hazırladıqları "Bayrağımız qürur mənbəyimizdir” adlı kompazisiya maraqla
dinlənilib.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı
ilə başa çatıb.