İki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

sabahinfo.az  APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü, Şəmkir rayon sakini, Əhliman Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır