İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Cüdo
Federasiyasının rayon bölməsi və
Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində
ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilib. Xatirə turnirində
Bakı, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ və İsmayıllı komandaları-200
nəfər idmançı iştirak edib.
Açıq
rayon birinciliyini rayon bölməsinin sədri
Əkbər Şəfaqətov açıb.Xatirə turnirinin məqsəd və məramından danışıb.
sabahinfo.az-a verilən məlumata görə rayon Gənclər
və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək deyib ki, ulu öndər Heydər
Əliyev həmişə olduğu kimi, ikinci
hakimiyyəti zamanında da idmançılara və
gənclərə aparıcı qüvvə kimi baxıb,
onlara ən çətin işlərdə istinad edib.
Ümummilli liderimizin qayğısı və diqqətinin nəticəsi olaraq Azərbaycanda idman
sürətlə inkişaf etməyə başlamış, onun üçün möhkəm baza yaradılmışdı. Cənab Prezident
İlham Əliyevin rəhbərliyi ilə
Respublikamız beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır.
İsmayıllıda
da idmanın inkişafına xüsusi qayğı ilə yanaşılır. Dünya, Avropa və Azərbaycan
çempionlarının sayı İsmayıllı idmaçıları sırasında artmaqda davam edir.
Daha sonra
OİK-nin direktoru Tofiq Hümbətov və karate üzrə baş məşqçi Anar Həsənov çıxış
edib, müxtəlif idman növləri üzrə keçirilmiş və keçiriləcək xatirə turnirlərindən
danışıb, cüdoçulara uğurar arzulayıblar.
Yarışlara
start verilib. Gərgin və yüksək iradə nümayişi ilə keçən və günün sonuna qədər
davam edən yarışın yekunu
olaraq İsmayıllı komandası
birinci, Qəbələ komandası ikinci və Oğuz komandası üçüncü yeri tutub.
Qaliblərə tutduqları yerlərə uyğun medallar və diplomlar təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş idman turnirləri davam edir.



