Metroda vətəndaşın pul kisəsini oğurlayan şəxs tutulub

Ötən ay metronun "Nizami" stansiyasında oğurluq edən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Bu ilin mayın 23-də Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün metronun "Nizami" stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirməsini bildirib.
Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun "Memar Əcəmi" stansiyasında şübhəli şəxs kimi saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb.
Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilib və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini mayın 23-də metronun "Nizami" stansiyasında tanımadığı şəxsin cibindən oğurlamasını bildirib.sabahinfo.az