Kürdəmirdə mağazadan oğurluq etmiş şəxs tutulub. Sabahinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Samir İsmayılova məxsus mağazada quraşdırılmış "Milli ön” ödəmə terminalından 550 manat pul oğurlamış rayon sakini Məhəmməd Şəfiyev tutulub.
Araşdırma aparılır.