Partiya rəhbəri: İştahamız azərbaycansayağı, imkanlarımız isə belarussayağıdır

Birləşmiş Vətəndaş Partiyasının rəhbəri, siyasətçi Anatoli Lebedko"Facebook” səhifəsində Belarusun Avropa Oyunları 2019-cu ilə ev sahibliyi etmək qərarını tənqid edib. 

sabahinfo.Az xəbər verir ki, Lebedkonun sözlərinə görə, Belarus bu oyunları Azərbaycanın keçirdiyi səviyyədə keçirə bilməyəcək. 

"Bəs Belarus? "Qırmızı evin” sakinlərinin azərbaycansayağı iştahası ola bilər, amma həqiqət və imkanlar belarussayağıdır - Çin fişəngləri ilə atəşfəşanlıq. Dorofeyeva hazırlıq mərhələsindədir. İdman Nazirliyinin işçiləri itələmə üsulu ilə işləyirlər. Heyf, amma vəziyyət belədir... ”, - siyasətçi öz "Facebook” səhifəsində yazıb.