Sumqayıtda yaşayış binasında yanğın baş verib. APA-nın
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə
görə, yanğın beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.
Nəticədə pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı
yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən
təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.