Günay Ağamalı:Gələcək İllər Türk İlləri Olacaq!

Türk dünyasının liderlərini bir araya gətirən foto ortaq tarixə, ortaq kökə və ortaq gələcəyə verilən birlik və güc mesajıdır. Əllərin birləşdiyi foto milyonlarla insanın ortaq taleyi və həmrəyliyidir, gələcək illərin türk illəri olacağına inamın ifadəsidir.

Dil, mədəniyyət və mənəvi bağlarla ifadə olunan türk birliyi siyasi, iqtisadi, texnoloji və strateji müstəvidə yeni mərhələyə qədəm qoyur. Bu gün Türk Dövlətləri Təşkilatı regionun gələcəyinə təsir edən mühüm güc mərkəzlərindən birinə çevrilir.

Fotoda Möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli və inamlı duruşu Azərbaycanın türk dünyasındakı xüsusi rolunu bir daha nümayiş etdirir. Qarabağ Zəfərindən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq Türk dünyasının inteqrasiyasına yeni nəfəs verib. 

Uca Tanrı Ulu Türkü qorusun! 

Günay Ağamalı 

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.