Hicran Hüseynovadan növbəti vətədaş qəbulu

Bu gün 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Sumqayıt şəhərində vətəndaşlarla növbəti qəbulumuzu keçirdik.

Görüş zamanı hər bir seçicinin müraciətini diqqətlə dinlədik, onları narahat edən məsələləri ətraflı müzakirə etdik. Müraciətlər əsasən məşğulluq, əmək təqaüdləri, ailə-məişət və digər sosial məsələləri əhatə edirdi.

Vətəndaşlar tərəfindən qaldırılan bir sıra məsələlər elə yerindəcə öz həllini tapdı. Əlavə araşdırma və hüquqi prosedur tələb edən digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun şəkildə müvafiq dövlət qurumlarına rəsmi sorğular göndərildi.

Seçicilərimizlə mütəmadi görüşlərin keçirilməsi və problemlərin operativ həlli istiqamətində addımların atılması bundan sonra da davam etdiriləcəkdir.

Hicran Hüseynova

Milli Məclisin deputatı