İctimai Şura üzvləri Naxçıvan RQİİ-də görüş keçirdilər - FOTOLAR

"Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura üzvləri Birliyin Naxçıvan Regional Qaz İstismarı İdarəsində fəaliyyətin təşkili ilə bağlı yerində tanışlıq məqsədilə görüş keçiriblər. Tədbir çərçivəsində İdarənin rəhbərliyi tərəfindən region üzrə qaz təchizatının idarə olunması, istismar prosesləri, təhlükəsizlik standartlarına riayət olunması və istehlakçı müraciətlərinin emalı mexanizmləri barədə məlumat təqdim olunub.

Görüş zamanı İctimai Şura nümayəndələri qaz təsərrüfatında aparılan modernləşmə tədbirləri, yeni qoşulmaların icra prosesi və mövcud infrastrukturun texniki vəziyyəti ilə bağlı suallar ünvanlayıblar. Tərəflər arasında səmərəli fikir mübadiləsi aparılıb, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində bir sıra təkliflər müzakirə edilib.