“İrəli”də gənclər üçün “Action Week” başlayır

“İrəli” İctimai Birliyi Ümumilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Action Week” layihəsinə start verir.

 Bir həftə ərzində müxtəlif fəaliyyətləri özündə birləşdirən “Action Week” layihəsində iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya edəcək. Layihə gənclərin araşdırma qabiliyyətinin inkişafı, eyni zamanda fərqli istiqamətlərdə müxtəlif biliklər əldə etməsinə faydalı olacaq fəaliyyətlərdən ibarətdir. Layihəyə qoşulan iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya edəcək, İki gün baş tutacaq “XƏMSƏ” Milli İntellektual oyununda kubok uğrunda yarışacaq, seçilmiş mövzular üzrə yazı müsabiqəsində iştirak edəcək, “Əvvəl və İndi” fotokonkursu üzrə öz foto əsərlərini yaradacaq. Gənclər verilmiş mövzular üzrə araşdırmalar aparacaq.

Layihənin əsas məqsədlərindən biri də gənclərin birlikdə öyrənmək, araşdırmaq qabiliyyətini inkişaf etdirmək və asudə vaxtlarını səmərəli keçirməsinə nail olmaqdır.  

Qeyd edək ki, layihənin 1-ci mövsümü ötən il yekunlaşıb. Layihəyə qoşulan gənclər jurnalist, blogger, dijital dizayner, aşpaz, ədəbiyyatçı, geopolitik, poliqlot, tədqiqatçı peşələrinə uyğun hazırlanan fəaliyyətlərdə iştirak edərək yeni bacarıqlar əldə ediblər.

Tapşırıqlar üzrə qalib gələn gənclər layihənin yekununda şəhadətnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Layihədə iştirak üçün qeydiyyat 02.05.2021 00:00 tarixində bitəcək. 
Qeydiyyat linki: http://ireli.az/actionweek/