Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 2025-ci ilin mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir. Lahiyə çərçivəsində 01-30 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbəsinin əməkdaşları tərəfindən Bakıda “Açıq məkanlarda reklamların monitorinqi” və “Media subyektlərinin (“Səs” qəzeti, AZTV və Aznews.az saytı) monitorinqi” fəaliyyətləri icra edilib.
Monitorinq nəticəsində hər iki fəaliyyət istiqaməti üzrə hesabat hazırlanıb. Layihə çərçivəsində televizya və radio verilişlərində, eləcə də dəyirmi masalarda bu mövzu üzrə müzakirələr aparılıb. Hesabatlar aidiyyəti qurumlara göndərilib.