Milli Məclisin deputatı Mahir Süleymanlı şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Dağbilici kəndində Vətən müharibəsi şəhidi Sahil Əhliman oğlu Aslanovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.

Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.

Həmin gün Milli Məclisin deputatı Mahir Süleymanlı 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Şabran rayonunun Pirəbədil kəndində fəaliyyət göstərən Pirəbədil Tarix Muzeyini də ziyarət edib.