Müşfiq Məmmədlidən seçiciləri ilə növbəti görüş 

SOCAR-ın Siyəzən Rayon Magistral Qaz Kəmərləri Sahəsi İdarəsində çalışan seçicilərimizlə görüş keçirdik.Görüş zamanı ümummilli məsələlərlə yanaşı, seçicilərimizi maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı, seçicilərimizin fərdi problemləri və qaldırdıqları məsələlər dinlənildi.Həmçinin, idarədə mövcud iş rejimi və əmək şəraiti ilə tanış olduq, əməkdaşlar üçün yaradılmış şəraitlə maraqlandıq. Ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinin bu idarədə də davam etdirildiyinin şahidi olduq.Vətəndaşların sosial vəziyyətinin və əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində təkliflərimizi səsləndirdik, qarşılıqlı fikir mübadiləsi apardıq.

Müşfiq Məmmədli

Milli Məclisin deputatı