Nəqliyyatda qiymət qalxır?

Azərbaycanda milli manatın xarici valyutaya nisbətən ucuzlaşması ictimai nəqliyyata heç bir təsir göstərməyib. 
Bakı və şəhərlərarası sərnişin avtobuslarında gedişhaqqıları artırılmayıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun verdiyi məlumata görə, bu gün sərnişin avtobuslarında gedişhaqqılarını artırılması məsələsilə gündəmdə deyil. "Manatın ucuzlaşması avtobusların fəaliyyətinə heç bir təsir etməyib. Gedişhaqqının artırılması ilə bağlı Taarif Şurasına müraciət də edilməyib”, - deyə Əmrah Cəfərov bildirib.
Manatın ucuzlaşması Bakı Beynəxalq Avtovağzalının fəaliyyətinə də təsir etməyib. Beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, xaricdən gələn marşurutların qiymətlərində heç bir dəyişiklik edillməyib. "Hələlik avtobus sürücülərində də şikayətlər daxil olmayıb. Bununla bağlı bizim tərəfimizdən də Tarif Şurasına heç bir müraciət edilməyib”, - deyə Məhəmməd Abdullayev vurğulayıb. Valyuta bazarındakı dəyişiklik "Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyətinin də fəaliyyətinə hələlik təsir etməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, qatarlara biletləri əvvəlki qiymətə satılır.
"Qiymət artımı Taarif Şurasının qərarı ilə dəyişə bilər. Hələlik belə bir qərar yoxdur. Bizim tərəfimizdən də, Taarif Şurasına qiymət artımı ilə əlaqədar heç bir şikayət edilməyib”, - deyə Nadir Əzməmmədov bildirib.
Bakı Metropolitenində də Qiymət artımı olmayacaq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, milli valyutanın ucuzlaşması qiymət artımına səsəb olan amil deyil.  "Biz əvvəldən bildirmişdik ki, metroda gedişhaqı çəkilən xərclərdən bir neçə dəfə aşağıdır. Lakin bu o demək deyil ki, gedişhaqıq artacaq. Son günlər valyutanın ucuzlaşmasının isə metronun işinə heç bir təsiri yoxdur”, - deyə Nəsimi Paşayev bildirib.