Novruz Aslanov növbəti onlayn qəbul keçirdi

Aprelin 22-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.

Sabahinfo.az xəbər verir ki, qəbul əsasən millət vəkilinin seçicilərə elan etdiyi telefon vasitəsilə baş tutur. Belə ki, rayon ərazisində ucqar dağ kəndlərində internet verilişinin məhdud olduğu nəzərə alınaraq, üstünlük mobil telefon əlaqəsinə verilir.

Telefon vasitəsilə millət vəkili ilə əlaqə saxlayanlar öncə hər həftə onların üzləşdiyi problemlərlə maraqlanan millət vəkilinə təşəkkürlərini bildirmişlər. Bir çox məsələlər barədə müzakirələr aparılmış, əsasən sosial  və şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər barədə müraciətlər edilmişdir. Hər bir müraciət qeydiyyata alınmış və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılmışdır. Ehtiyacı olanlara müvafiq humanitar yardımlar edilmişdir.