7 may 2026-cı il tarixdə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında Xətai rayonunun sakinləri üçün vətəndaş qəbulu keçirib.
Qəbul zamanı müxtəlif problemləri olan şəxslər yol infrastrukturu, işsizlik, səhiyyə, məişət, sosial və bir sıra bu kimi məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşların hər biri ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydiyyata alınıb və qaldırılan məsələlərlə bağlı vətəndaşlara hüquqi tövsiyələr verilmişdir. Həmin məsələlərin araşdırılıb qanunvericiliyə uyğun şəkildə baxılması məqsədilə deputat, müvafiq işlərin aparılacağını bildirmişdir.
Millət vəkili Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 25 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.