Poroşenko: Ağır texnika geri çəkilə bilər

Ukrayna Prezidenti Petro Poroşenko bəyan edib ki, qarşı tərəf Minsk razılaşmalarını yerinə yetirməsə, ölkə hərbçiləri ağır texnikanı Donbassda əvvəlki mövqelərə qaytara bilər.  "İnterfaks"ın verdiyi məlumata görə, P.Poroşenko bildirib ki, ağır texnika qaytarıldıqdan sonra Ukrayna ən qısa müddət ərzində düşməni dəf etməyə hazır olacaq.
Qeyd edək ki, ötən gün ATƏT-in müşahidəçiləri təsdiq ediblər ki, Ukraynadakı münaqişənin hər iki tərəfi cəbhə xəttindən ağır texnikanı geri çəkməyə başlayıb.