Qarajından “Panther” tankı çıxdı CƏRİMƏLƏNDİ

Almaniyanın şimalındakı Haykendorf (Heikendorf) qəsəbəsində yaşayan bir adamın qarajından nasist dövrünə aid 1943-cü il “Panther” tankı çıxdı. Bununla əlaqədar olaraq adı açıqlanmayan adama Döyüş Silahları İdarə Qanununu pozduğuna görə 400 min dollar rekord pul cəzası kəsildi.  Tankdan başqa, qarajda bir zenit topu, müxtəlif hücum tüfəngləri və tapançalar da tapılıb.  84 yaşlı adama nasistlər dövrü silahları ilə əlaqədar həm də 14 ay təxirə salınmış həbs cəzası verilib.  50 min kiloqram ağırlığında və 6,7 metr uzunluğunda olan tank qarajdan 9 saata çıxarılıb.   Vəkili tankın funksional olmadığını və müvəkkilinin onu dəmir-dümür metal kimi satın aldığını desə də, bölgə səlahiyyətliləri bu sözləri qəbul etməyib. Bələdiyyə sədri Aleksandr Ort (Alexander Orth) yaşlı adam üçün "O, 1978-ci il qar fəlakəti zamanı o tankın içində gəzirdi" deyib.  Qeyd edək ki, İkinci Dünya Müharibəsi (1939-1945) zamanı “Panther” tankları qalın zirehi səbəbindən almanların “göz bəbəyi” idi. Hətta o dövrdə “Rusiya və Amerika ordularına qarşı Almaniya daha çox bu tankdan istifadə etsəydi, almanların müharibəni qazana biləcəyi” fikirləri də səslənib.

Bu arada onu da qeyd edək ki, Amerika Birləşmiş Ştatlarındakı bir muzey  almanın qarajından çıxan “Panther” tankını satın almaqla maraqlanır.