Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır

Quran-i Kərimdə adı ruzi və bərəkət rəmzi kimi çəkilən, xalq arasında "bərəkət bitkisi" adlandırılan reyhan bu ilki yığım mövsümündə rekord məhsuldarlıqla fermerləri təəccübləndirib.

Sabahinfo.az xəbər verir ki, təsərrüfat mütəxəssislərinin müşahidələrinə görə, reyhanın əkildiyi ərazilərdə mikrorqanizm fəaliyyəti sürətlənir:

Hətta ən bərəkətsiz torpaqlarda belə gözləniləndən qat-qat yüksək inkişaf göstərir.

Təbii ətri sayəsində zərərli həşəratları uzaqlaşdırır və torpağın rütubəti saxlama qabiliyyətini artırır.

Torpağa ifraz etdiyi təbii turşularla torpağı yeniləyir və qonşu sahələrdəki digər məhsulların da keyfiyyətini yüksəldir.

Yüksək efir yağı tərkibinə malik olan reyhan həm qastronomiya, həm də tibbi-aromatik bazarda böyük tələbatla qarşılanaraq istehsalçılarına yüksək qazanc gətirir.

Mütəxəssislər növbəti mövsümlərdə bu qədim bitkinin əkin sahələrinin daha da genişləndiriləcəyini bildirirlər.