Sabah qar yağacaq

Martın 4-də ölkə ərazisində hava yağmurlu keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında buldulu havanın üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Martın 4-də Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.