Sabunçuda ictimai iaşə evində yanğın

Sabahinfo.az–ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m hal-hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.

 

İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, yanan binanın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.