Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanda yeni biznes əlaqələrinə maraqlıdır - FOTO

AQSİA-nın dəstəyi ilə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin xanımı, Kipr Türk Sahibkar Qadınlar Dərnəyinin fəxri üzvü Sibel Tatar və rəhbərlik etdiyi heyət arasında görüş təşkil olunub.

Sabahinfo.az xəbər verir ki, AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva bildirib ki, hər iki ölkənin işgüzar qadınları arasında silsilə görüşlərin təşkilində AQSİA öz dəstəyini göstərməyə hər zaman hazırdır.

Millət vəkili Hicran Hüseynova qonaqlara Azərbaycanın regional və beynəlxalq müstəvidə atdığı addımlardan, ölkə rəhbəri İlham Əliyevin, ölkənin 1-ci xanımı Mehriban xanım Əliyevanın qadınlarımızın iqtisadi olaraq güclənməsində ayırdığı diqqətdən bəhs edib.

Öz növbəsində Şimali Kipr Türk Respublikası Prezidentinin xanımı Sibel Tatar heyetindəki qadın sahibkarlardan, onların Azərbaycanda yeni biznes əlaqələrinə maraqlı olduğunu qeyd edib.