Ülvi Quliyevdən  vətəndaş qəbulu

Daim seçicilərin yanında olan, onların qayğı və problemini fəaliyyətinin prioritet istiqaməti hesab edən 15 saylı Yasamal birinci seçki dairəsindən seçilən Milli Məclisin deputatı Ülvi Quliyev bu gün ənənəyə sadiq qalaraq növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik və idman ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq tədbir görülməsi üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.