"Bu layihə 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq" - Nazir

Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.

Sabahinfo.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır. Hazırda rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır. Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq", - M.Cabbarov deyib.

Nazir qeyd edib ki, Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb