Ondan çox epizodda müttəfiqimizin bizə kömək etmədiyi bəlli oldu.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, yenidən KTMT-ni ittiham edib: "Bizə aydındır ki, bu təhlükəsizlik sistemi işləmir. Bu təhlükəsizlik sisteminin işləmədiyini başa düşməyimiz üçün daha nə baş verməlidir? Bizə KTMT və birbaşa müqavilə vasitəsilə kömək etməli idilər. Sonra deyirlər ki, bunu sən etmədin, ona görə kömək etmirik. Bəs onların maraqları, müttəfiqlik öhdəlikləri haradadır? Federal öhdəlikləri hər hansı bir şərhlə atmaq olmur".
Spikerin sözlərinə görə, təhlükəsizlik alternativi bütün mümkün vasitələrdən istifadə etməkdir: "Biz indi dövlətimizi müdafiə etmək üçün bütün mümkün yerlərdən silah almağa çalışırıq. Əgər bu hansısa mühafizə sisteminin pozulmasıdırsa, bu, onların problemidir, onların öhdəliklərini yerinə yetirmədikləri aşkardır. Bizi maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə hərəkət edəcəyik".