Əminə Ərdoğan Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

"Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə çox sağ olun".

Sabahinfo.az-ın məlumatına görə, bu fikir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür paylaşımında yer alıb.

Paylaşımda daha sonra deyilir:

"Çətin vaxtımızda ilk köməyə gələnlərdən biri də Can Azərbaycan olub. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın bizimlə olduğunu bilmək çox xoşdur".