Hulusi Akar: “Zəlzələ bölgəsində Silahlı Qüvvələrimizin üç şəhidi var”

“Milli Müdafiə Nazirliyi də axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatdırılması üçün fəaliyyətə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda nəqliyyat təyyarəsi axtarış-xilasetmə qrupları və maşınları bölgəyə göndərilməyə başlayıb. Təcili yardım təyyarələri də yaradılan “hava yardımı dəhlizi”ndə iştirak edir”.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O zəlzələ bölgəsindəki bəzi hava limanlarının uçuş-enmə zolağında çatların əmələ gəldiyini qeyd edib.

“Bununla belə, zəlzələ bölgəsinə ən qısa zamanda personal və materialların çatdırılması üçün səylər davam edir”, - deyə nazir vurğulayıb.

Akar həmçinin Türkiyə Silahlı Qüvvələrində şəhidlərin olduğunu bildirib.

“Təəssüf ki, 3 şəhidimiz, yaralılarımız var. Əlaqə saxlamağın mümkün olmadığı kadrlarımız barədə də məlumat almışıq. Hazırda dağıntılar altında qalan personalımızla əlaqə yaratmağa da çalışırıq”, - deyə nazir bildirib.