Putin və Paşinyan sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və  Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.

Məlumata görə, Rusiya prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.