Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Sabahinfo.az xəbər verir ki, Ş.Mişel bu barədə “X”də yazıb.
Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Ş.Mişel yazıb.