Heç kəsə sirr deyil ki, 44 günlük Vətən savaşında əldə olunan tarixi qələbə, və 23 saat 43 dəqiqəlik lokal xarakterli anti-terror əməliyyatları zamanı uzun illərdən bəri əsarətdə qalan əzəli torpaqlarımızın düşmən taptağından təmizlənməsi, dünya hərbi tarixində misli görünməyən hadisə olmaqla, Ali Baş Komandan, eləcə də müzəffər Ordumuz tərəfindən Azərbaycanın hərbi qüdrətinin təntənəsinə atılan bir imzadır. Bu imza xalqımızın sınan qürurunu dirçəltdi, enən başını dikəldi, solan ümidlərini canlandırdı. Bu yolda canını qurban verən qəhrəman oğullarımızın, şəhidlərimizin, əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, yaralı qazilərimizə diqqət və qayğı hər birimizin, eləcə də dövlətimizin vicdan borcu olacaq. Onların hər biri Qarabağda yazdıqları qəhrəmanlıq dastanının canlı obrazları kimi gələcək nəsilə örnək olacaqlar.
Bu gün bu Vətən oğullarının mütəmadi müayinə və müalicəyə cəlb olunduqları tibb ocaqlarından biri də Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixatriya Xəstəxanasıdır.
Qeyd edək ki, sözügedən xəstəxanaya qazilərlə və ruhi-əsəb xəstəsi olan mülki şəxslərlə yanaşı, aidiyyatı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarələri tərəfindən müayinə olunmaq məqsədilə göndərilən çağırışçılara da oxşar diqqət və qayğı göstərilir, qeydə alınan hər bir çağırışçı burada bir sıra analizləri verdikdən sonra, müəyyən olunan gündə növbə ilə hərbi həkim komissiyasından keçirilir. Tibb personajının işinə gəldikdə isə, Komissiyanın sədri Leyla Bəşirovanın başçılığı altında komissiya üzvləri, təcrübəli psixiatrlar çağırışçıları əvvəlcə qaydaya uyğun müəyyən olunan analizlər götürüləndən sonra psixoloq müayinəsinə göndərir, bu müayinədən xə keçdikdən sonra isə hər birini nəzakətlə qəbul edərək, diqqətlə dinləyir, hərəkət, davranış və danışıqları ilə yaxından tanış olur, bu və digər qüsuru cəhətləri ilə bağlı sual-cavab edirlər. Komissiya tərəfindən hər hansı psixioloji, psixiatrik hal müşahidə olunan çağırışçının hərbi xidmətə yararlı və ya yararsız olduğuna dair ədalətli qərar qəbul edir, sağlıq durumunda narahatlıq yararan hansısa psixi əlamətlər aşkar olunmadıqda isə çağırışçının həqiqi hərbi xidmətə yararlılı olması ilə bağlı sənədi imzalayırlar.
Qeyd: Qəbuldan material hazırlayarkən dindirdiyimiz hər bir çağırışçı yuxarıda qeyd etdiklərimizi təsdiqlədi; burada özlərini çox rahat hiss etdiklərini, göstərilən təkcə tibbi deyil, həmcinin insanlıq nümunəsindən, həkim qayğısından razı qaldıqlarını bildirdilər. Apardığımız müşahidələr, əldə etdiyimiz pozitiv materiallar onu deməyə əsas verir ki, 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının fədakar kollektivi əzmkar fəaliyyəti, peşəkar tibbi xidməti ilə digər səhiyyə müəssisələrinə nümunədir! Təbii ki, rəhbər yerində olarsa, kollektiv də yerində olar!
Xatırladaq ki, sözügedən Xəstəxanın baş həkimi ixtisaslı həkim-psixiatr Leyla Bəşirovadır.
Bəradər Səməndərli
"Atributinfo.az"