Ailə cəmiyyətin əsas sosial institutlarından biri olaraq gənclərin dünyagörüşünün, sosial məsuliyyət hissinin və gələcəyə baxışının formalaşmasında mühüm rol oynayır. Müasir dövrdə gənclərin qarşılaşdığı sosial, iqtisadi və informasiya xarakterli çağırışlar ailədaxili münasibətlərə də təsir göstərir. Buna görə ailə məsələlərinə yalnız nikah və ailə quruculuğu prizmasından deyil, gənclərin sosial və mənəvi inkişafı baxımından kompleks yanaşmaq lazımdır.
Gənclər arasında qarşılıqlı hörmət, məsuliyyət, düzgün ünsiyyət, ailə büdcəsinin idarə olunması və ailə münasibətlərində hüquq və vəzifələrin bilinməsi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Xüsusilə ailə qurmağa hazırlaşan gənclərin bu məsələlər üzrə düzgün məlumatlandırılması gələcəkdə sosial problemlərin qarşısının alınmasına kömək edə bilər. Təşkilatımız gənclərin sağlam sosial münasibətlər qurmasına, ailə və cəmiyyət qarşısında məsuliyyətlərini anlamasına yönəlmiş maarifləndirici təşəbbüslərin genişləndirilməsini vacib hesab edir.
İsmayıl Sərvərli
“Gəncvə Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə fondunun prezidenti