Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərinin əməkdaşları üçün xidməti geyimlərin satın alınması ilə bağlı açıq tender elan edib.
Sabahinfo.az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 763 min 753 manat 67 qəpik təşkil edir.
Satınalma sənədlərinə əsasən, "ASAN xidmət" əməkdaşları üçün müxtəlif növ xidməti geyimlərin alınması nəzərdə tutulur.
Bunlara 1 071 ədəd kişi kostyum dəsti, 1 810 ədəd qadın kostyum dəsti (pencək, ətək və ya şalvar), 2 133 ədəd loqolu qalstuk, 2 140 ədəd kişi uzunqol köynək və 3 620 ədəd qadın uzunqol köynək daxildir.
Bundan əlavə, satınalma çərçivəsində digər geyim və aksesuarların alınması da planlaşdırılır. Ümumilikdə tender üzrə 10 adda məhsulun tədarükü nəzərdə tutulub.