- A Rəhim...
- Bəli, Ustad!
– deyə Rəhim Mehnətlə, Yusif Məhəmmədoğlu bir ağızdan
söylənərək Ramiz Qusarçaylıya boylandılar.
- Gedin də, nə durmusunuz orada,
– bu sözləri gözlərində dostlara böyük
məhəbbət, rəğbət qarışıq sevinc əks olunan Ramiz Qusarçaylının yalnız
dili deyirdi...
Neçə dəfə sağollaşıb ayrılsaq da yenə yadımıza nəsə düşürmüş kimi geri
qayıdır, ayrılmaq istəmirdik. Elə Ramiz müəllimin özü demişkən "şair
məclisləri bax, belə olur da...”
Hamımızın nigarançılığı tez düşən qış axşamında dostların qayıdacaqları
bir qədər uzun yol idi ... Söhbət, Qubanın Qımıl kəndində yaşayıb
yaradan şair Mürfəttar Seyidməmmədovun Respublikanın Əməkdar Mühəndisi,
şeir-sənət vurğunu İsgəndər Hacıyevin xeyirxahlığı ilə bir qədər öncə
nəşr olunmuş "Nəyi qalıb bu dünyanın” adlı ilk şeirlər kitabının
təqdimat mərasimindən gedir. Çoxdan gözləyirdik bu mərasimi. Amma
olduqca sadə, təvazökar təbiəti, incə qəlbi olan Mürfəttar müəllimi
"dilə tutmaq” olmurdu. Aybəniz Əliyarla mən hər dəfə onunla görüşəndə
bunu xatırladır, təkid edir, Ramiz müəllimin "olacaq, mütləq olacaq
Mürfəttarın kitab təqdimatı” deməsi ilə arxayınlaşırdıq.
Bir həftə bundan öncə yenə görüşəcəkdik. Biz Aybəniz xanımla görüş
yerinə gələnə kimi İsgəndər müəllimlə Ramiz müəllim bu tədbiri artıq
planlaşdırmış, keçiriləcəyi yeri belə müəyyənləşdirmişdilər. Çox
sevindik. Elə hamımızın arzusu idi bu əslində. Mürfəttar Seyidməmmədov
Qubanın Qımıl kəndində yaşayıb yaradan, uzun illər Qımıl kənd orta
məktəbində dərs hissə müdiri işləyən ziyalımız, Ramiz Qusarçaylı
tərəfindən təsis və rəhbərlik edilən "Ay işığı” ədəbi məclisinin
üzvüdür. Yeni, möhtəşəm bir şeir məclisinin əhvalına girmişdik...
Bazar günü bizləri Qubaya H. Əliyev adına Mərkəzi parka toplayan da məhz
dəyərli şairin incə, kövrək poeziyasına olan dərin sevgi, şəxsiyyətinə
bəslədiyimiz böyük hörmət idi. Mənim könül həmdəmim şair Aybəniz
Əliyarla Sumqayıtlı dostlar Qubaya çatmağa az qalmışdılar. Tez gəldiyimi
düşünüb öyünəcəkdim. Amma elə uzaqdan Mürfəttar müəllimlə şair Namik
Xınalıqlını görüb ürəyim "dağa döndü”. Hərarətlə görüşdüm şair
dostlarımla. Məni böyük və mənzərəli parkdakı pavilyona çay süfrəsinə
dəvət etdilər və Bakılı qonaqlarımızın artıq gəldiklərini söylədilər.
Kimlər gəlmişdi "Nəyi qalıb bu dünyanın” bilməyə... Bakıdan dəyərli
yazıçımız Nəriman Abdulrəhmanlı, təkrarsız şair Nurafiz, şeirimizin
Adiləsi – Adilə Nəzər, virtual aləmdə ara-sıra şeirlərindən paylaşıb
bizi heyran edən, amma hər dəfə soruşanda "mən şair deyiləm, şeir yazmaq
sadəcə xobbimdir” - deyən Niyaz Əsgərov, comərd dost, şair Rəhim
Mehnət, və mənim hər zaman böyüklərə hörməti, ədəb-ərkanı ilə
fərqləndirdiyim şair- jurnalist Yusif Məhəmmədoğlu-Osmanlı burada
idilər. Xaçmazlı yazarlarımızdan, "Ulduzlar” ədəbi birliyinin rəhbəri
şair Fərzalı Ziyanur, Telman Təravət qəzəlxan Mövlan Şahid, Xınalıqlı
şair Yusif Şabanov, Qubadan şair-tənqidçi , Azərbaycan Yazıçılar
Birliyinin Quba bölməsinin sədr müavini Zakir Məmmədlə şərəfli idi bu
günkü məclisimiz. Tezliklə Ramiz Qusarçaylı ilə birgə içəri daxil olan
Aybəniz Əliyar, peşəkar fotoqrafçımız Şakir Rəhman və saz ustası, bizi
ən uzaq səfərlərimizdə belə sazla müşayət edən sevimli İman Əliyev də
bizimlə çay süfrəsinə əyləşdilər. Vaxt itirmək olmazdı. Şeirli, musiqili
bir görüş gözləyirdi dostları. Parkı gəzib bu gözəl dost görüşünün bir
neçə anını əbədiləşdirdik. Qusarda da bizi hər zaman "etibarlı
nümayəndəmiz” adlandırdığımız şair Ceyhun Ağabəyov və başqa qonaqlar
gözləyirdi. Maşınlara bölüşdük. Adilə xanımın dəvəti ilə Aybəniz xanımla
mən onların maşınına əyləşdik. Zümrüd gözəlliyini xəsisliklə qış
günlərində də qoruya bilən təbiət Qusarda daha gözəl görünürdü bu gün.
Əzəməti ürək titrədən, qürur verən dalğalı Azərbaycan Bayrağının seyrinə
durduq Bayraq meydanında... Şakir Rəhman bizim şəkillərdə bayrağın tam
görünməsi arzumuzu yerinə yetirmək üçün xeyli əziyyət çəkdi, sağ olsun!
Qusarda yerləşən "Ay işığı” istirahət zonasının səliqəli və geniş
zalında, zövqlə bəzədilmiş süfrə arxasına toplaşan dostları bir da
salamlayan Ramiz Qusarçaylı Mürfəttar Seyidməmmədovun yaradıcılığına,
onun həyat, əmək fəaliyyətinə dair ətraflı məlumat verərək şairi təbrik
etdi. Söz, sözü sözdən çəkə bilən sənət adamlarımıza verildi. Mən
dəyərli yazarlarımızın, dostlarımızın Mürfəttar müəllimin yaradıcılığı
haqqında söylədikləri dəyərli fikirlərindən, ətraflı çıxışlarından bəzi
məqamları yadda saxlamağa çalışdım... Nəriman Abdulrəhmanlı: Mürfəttar
Seyidməmmədov bütün şeiri ilə deyil, şeirinin bircə misrası ilə belə
yadda qalan şairdir. Zakir Məmməd: Mən Mürfəttar müəllimi sovet dövrü
mətbuatda tez-tez dərc olunandan tanıyıram, sevə-sevə oxuyuram. Əsil
şairdir, hətta onun adı, soy adı belə şairliyi ilə vəhdət təşkil edir,
bir möhtəşəmlik yaradır. Nurafiz: Mən əslən Borçalı mahalından,
kənddənəm. Bu günə kimi nə ləhcəmi, nə də xasiyyətimi dəyişə bilməmişəm.
Kəndimizdə qonaq gedəndə kasıb qohumlarımın evindən tox, varlı
qohumlarımın evindən isə ac qayıdardım. Bu günkü məclisimiz də varlı
yerdir: bir tərəfimdə Nəriman Abdurrəhmanlı əyləşib, bir tərəfimdə Zakir
Məmməd. Mən onlardan sonra Mürfəttar müəllimin yaradıcılığı üçün söz
deyə bilmirəm... Bircə onu deyim ki, Mürfəttar müəllim tanıdığım gündən
saflığı, sadəliyi, mülayimliyi ilə hələ də "böyüməyib”, uşaq
yaşındadır... Fərzalı Ziyanur: Mürfəttar müəllim mənim həmkarımdır. Mən
həm də 12-16 ildir ki, məclis rəhbəriyəm. Bu gün Ramiz Qusarçaylının
böyük əməyi və səyi nəticəsində inkişaf edən Quba ədəbi mühiti heç zaman
olmadığı kimi çox böyük uğurlar əldə edib. Mürfəttar müəllimin nəşr
olunan "Nəyi qalıb bu dünyanın” adlı ilk şeirlər kitabı da "Ay işığı”
ədəbi məclisinin daha bir uğurudur. Gözəl sənətkarımız Həsən Cəbrayılov
şairlərimizi "nur çeşməsi” adlandırıb, bu poetik ifadə şair qəlbini,
şair təfəkkürünü çox gözəl ifa edir. Ramiz müəllimin bu gün buraya
topladığı nur çeşmələrinin içərisində hamımız doğmadan da doğmayıq,
birik. Bizlər bir-birimizi ətrafımızda olan doğmalarımızdan daha artıq
sevir, dəyər veririk. Şair öz fikrini Mürfəttar Seyidməmmədovun bir
şeiri ilə yekunlaşdıraraq ona uğurlar dilədi. Adilə Nəzər: "Bu dünyanın
nəyi qalıb” bilmirəm, amma onu bilirəm ki, Mürfəttar müəllimin hələ
yazılmamış çox seirləri qalıb. Ona uğurlar diləyirəm sənət yollarında!
Bizim şeir məclislərimizdə Aybəniz xanıma – Aybəniz Əliyarı xüsusi
təqdim edib söz vermək "dəb” deyil... Məclis onundur, iri qara gözlərini
süzdürərək şeir oxumaqdan, rəqs eləməkdən doymur. Bu dəfə də belə oldu.
Mürfəttar müəllimin şeirlərini sevə-sevə, şirin-şirin oxudu. Qol
götürüb sevimli şairimizi rəqs eləməyə dəvət elədi, durna kimi səkdi onu
araya alan nurlu insanların dövrəsində. Rəhim Mehnətlə, Yusif
Məhəmmədoğlu-Osmanlının sux zarafatları, səmimi söhbətləri məclisimizin
bahar mehi idi sanki. Rəhim Mehnətin ifasında Ramiz Qusarçaylının
"Azərbaycan bayrağı” şeirini hamılıqla oxuduq. Niyaz Əsgərov, təmkini,
xüsusi qayğısı ilə seçilən Qusarlı şairimiz Ceyhun Ağabəyov, özünəməxsus
Telman Təravət, ən çətin şeir növü olan qəzəldə qələmini uğurla sınayan
Mövlan Şahid, dağlar qədər saf, lirik şairimiz Namik Xınalıqlı və başqa
qonaqlar Mürfəttar müəllimin könül oxşayan, bəşəri hissləri tərənnüm
edən şeirləri haqqında yüksək fikirlər söyləyərək şairin kitabından
nümunələr gətirdilər. Qımıl kənd orta məktəbinin direktoru İsa Bayramov,
Payon İcra Hakimiyyətinin Küpçal üzrə nümayəndəsinin müavini Kazım
Beykəsov da təbriklərə qoşuldular. Aşıq İmanın müşayəti ilə Yusif
Şabanovun ifasında səslənən nəğmələr qonaqların könlünü oxşadı.
Məclisimizin bir qonağını da Sizlərə xüsusi təqdim etmək istədim: Bu
bizim sevimli səhnə ustamız, görkəmli akrisa Afaq Bəşirqızının oğlu
Səmral Təhməzov idi. Çıxışına Ramiz Rövşənin bir şeirindən sitatla
başlayan ziyalımız Mürfəttar müəllimlə uzun illər etibarlı dostluğundan,
onun ləyaqətli şairliyindən söz açdı. Söz musiqinin, rəqs meydançasının
idi məclisin sonunda. Dövrə vurub, qol götürüb ürəklə rəqs elədik
ortalıqda. Və bu möhtəşəmlik Mürfəttar Seyidməmmədovun timsalında bu gün
Azərbaycanın Şimalında, Qubada Ramiz Qusarçaylının rəhbərliyi ilə
fəaliyyətdə olan "Ay işığı” ədəbi məclisinin, Qubalı yazarların böyük
uğuru, növbəti bir seir bayramı idi.
Sevinc MƏMMƏDOVA,
şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü