Azərbaycanda psixoloq yoxdur: Bu ölkədə hər kəs məmur olmaq üçün doğulub!

Yeniyetməlik çağlarında hər bir gənc kimi mən də qurmaq ,yaratmaq eşqiylə yaşayırdım.Bu ölkə üçün,öz istedadından bixəbər millətimçün nələrsə etmək istəyi,lakin arzularımın miqyasının genişliyi,real mühitin hazırlayacağı ağır sınaq qorxuları məndə ruh düşkünlüyü,ümidsizlikdən doğan depresya yaradırdı. Ailəm,xüsusiylə xaraktercə həssas olan atam bunu görürdü.Bir gün o məni psixoloqa aparmağı təklif etdi.Bu güclü vətənpərvərlik hissindən qurtulmağı şuraltı olaraq mən də istəyirdim.Razılaşdım.Və atam məni öz işlədiyi poliklinikada çalışan psixoloqun yanına apardı.Uşaq yaşlarından rus kanallarında gedən sosial-psixoloji tolk şoulara çox baxırdım və bir psixoloqun insana ilk yanaşması haqqda kifayət qədər təsuratım var idi.Xanım olan psixoloq mülayim baxışlı,xoş simalı idi.Əsl psixoloq siması....lakin həkimin ikinci sualında ayağa durub:” Siz psixoloq deyilsiz!” -deyərək çıxdım.Əlbətdə mən tərəfdən bu kobudluq idi,lakın psixoloqa müraciət edəcək həddə ümidsizləşmiş insandan gözlənilə bilən davranış kimi qiymətləndirlidi hər halda həkim tərəfindən. Psixoloqluqluq olduqca fərdi yanaşma tələb edən,spesifik sahədir.Bu sənət sahəsi bizə təqdim olunub,biz yaratmamışıq.Millət olaraq biz öz düşüncələrimizi,ünsiyyət zamanı öz yaradacağımız təsuratı unudub qarşımızdakını dinləmək,onu öyrənmək xüsussiyyətimiz yoxdur.Fərdi xarakter,fərdi yanaşma çox cüzidir.Biz kütləyik,kütlə kimi düşünürük. Dövrün tələbi olaraq son zamanlar çoxlu psixoloqlar yaranıb.Yaranıb,lakin formalaşmayıb! Bu yaxınlarda Televizorda ENM –deyə bir psixoloq mərkəzinin tanıtımı getdi.Görünür mərkəzi yaradan cütlük Elnur və Narınc Rüstəmovalar adlarının baş hərifləriylə ad qoymaqdan başqa ad tapa bilməyiblərş.Burda NEM formasında olsaydı ad bir məna ifadə etməsə də ən azından tək hecalı söz kimi səsələnərdi.Görünür kişi hökmranlıqı burda da E hərifinin mənası oldu olmadı öndə olmasına səsəb olub.Əlbətdə bu zövq və yanaşma məsələsidir. Məni təsirləndirən və bu məqaləni yazmağa sövq edən bu mərkəzdə "Xəstə” qəbul edən tanınmış psixoloqlar Elnur və Narınc Rüstəmovaların iş kabinetlərinin dizayınıdır.Hər bir psixoloq gözəl bilməlidir ki,hansı şəraitdə psixoloji problemi olan insan narahatçılığından,yaşamaq istəməyib yaşadığı və bu səsbdən hiss etdiyi peşmançılıq haqqda daha rahat danışa bilər. Adı çəkilən mərkəzdə psixoloqların vətəndaş qəbul etdiyi otaq inzibatı idarəetmə məmurunun otağından heç nə ilə fərqlənmir.Psixoloq məmur kreslosunda başda oturur,kastyumda və qalustukda,xəstə isə qəbula gələn möhtac vətəndaş kimi onunla üz-üzə stolda. Bir sual etmək lazımdı; kim işdən qovulması,sevgilisinin xəyanəti,bacarıqsızlıqları ucbatından düşdüyü uğursuzluqları belə bir şərairdə rahatlıqla danışa bilər ki?!Onsuz da psixoloqa gedən insan özünü şuraltı əlacsız,aciz hiss edir belə bir məmur kreslosunun qarşısında hansı hissləri keçirəcəyini ən bəsit bilgilərə malik psixoloq belə bilməlidir. Filimlərdə çox rast gəlirik psixoloq xidmətindən istifadə səhnələrinə.Bu səhnələrdə otaq dizayınını yadımıza salsaq görərik ki,burda mütlək insanın uzanıb rahatlaşa biləcəyi xususi formalı kreslo,divarlarda müxtəlif insan tiplərinin ruh dünyasını qidalandıran,sakitləşdirən tablolar,dipçəkdə güllər,pasiyentdən arxada-göz təmasından kənar,sadə geyimli psixoloq,pasiyentin,çay,kofe kimi xidmətlərdən istifadə edə biləcəyi kiçik masa və s.bu kimi gözəlliklər. Yekunlaşdıraraq demək istəyirəm ki,bir daha əmin olursan ki ölkəmizin vətəndaşların hər birinin içində birbaşa və ya gizli məmurluq sevdası var. Məmurluğa çata bilməyəndə hansı sahədə çalışırsa çalışsın mühiti məmurluq postunun abu-havasına yaxınlaşdırmağa çalışır.