"Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsini icra edir.
Sabahinfo.az-ın məlumatına görə, layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında layihə rəhbərinin, layihənin ekspertinin və tələbələrin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri tələbələrə layihənin məqsədi və donoru haqqında məlumat verib və bildirib ki, layihənin vəzifəsi yeniyetmə və gənclər, eləcə də region əhalisi arasında dini maarifləndirmənin səviyyəsini artırmaq, gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, məlumatlandırma yolu ilə yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq, bu istiqamətdə görülən işlər haqqında saytda yerləşdiriləcək məqalələr vasitəsilə layihənin icra olunacağı bölgənin əhalisinin məlumatlanmasıdır.
Layihənin eksperti sözügedən layihənin gənclər arasında dini maarifləndirmə işlərinin aparılması və bunun nəticəsində yeniyetmə və gənclərimizin bu sahədə məlumatlı olaraq dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına xidmət edəcəyini deyib.
Tədbirdə tələbələrə layihə çərçivəsində dəftərxana ləvazimatları paylanılıb.