Bakıdakı marketdə məhsulları yararsız hala salan generalın oğlu imiş

Bir neçə gün öncə Bakıdakı marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucovla bağlı maraqlı detal məlum olub. 

Oxu.Az xəbər verir ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini general-mayor Novruzəli Orucovun oğludur. 

R.Orucov bir neçə il əvvəl Bakıda avtobus sürücüsünü döydüyü üçün 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, R.Orucov bu əməlinə görə üzr istəyib.