Nicat Həşimzadə
Nyutonun ümüdunya cazibə qanunu cəfəngiyyatdır, mənim üçün sənsən cazibə
qanunu. Əgər təsir əks təsirə bərabərdisə biz niyə bərabər ola
bilmirik? Dostluq və sevgi tənha qalmaq üçündür. Əslində bu duyğunu
sevgi adlandırmaq gicbəsərlik olardı. Bəzən erotik hisslər sevgidən daha
güclü olur. Bu sözləri də sadəcə ağlıma gəldiyi üçün yazdım.
Bütün
nağıllar "biri var idi, bir yox idi" ilə başlar, mənim nağılımsa "biri
yox” idi ilə başladı. Amma yox, yadıma düşdü, bir zamanlar biri
oldu. Qadın sevgilisinə o qədər sadiq idi ki, mənimlə sevişəndə belə
telefondan uzaqlaşmır, məşuquyla mesajlaşırdı. Məşuqu bilirdi
sevişdiyimizi, lakin necə deyərlər sevgi fədakarlıq tələb edir. Elə də
tez-tez görüşmürdük, Həftədə 3 dəfə görüşür, 4 dəfə sevişirdik, seviş
rəqslərimizdən birini virtual aləmdə edirdik. Nə yaxşı ki Zükerberq
"facebook”u yaradıb. Arada müqəddəs hisslərini inboksa boşalda bilirsən.
Bunun zövqü tam fərqlidir. Küçə qadınını sevməyin xüsusi gözəllikləri
var. Məsələn onunla istədiyin pozada sevişə bilərsən. Həm də dünyaya
övlad gətirmə şansı yox idi. Belə rəzil dünyaya uşaq gətirmək istəmirəm
deyərək təsəlli tapırdı, bəzən biz insanların elə mənasız təsəllilərə
ehtiyacı olur ki...
Seksdən doyandan sonra yataqda fəlsəfədən,
Tanrının ədalətsizliyindən, dünya tarixindən, erotik yarışmalardan
danışırdıq. Ali təhsilli küçə qadınıyla yatmaq kişinin intelektini
artırır. Yataq rəqsi zamanı nostaliji hisslər yaşamağı ondan öyrəndim.
Çox zaman Bethovenin "Moon Light” sonatasını dinləyərək klassik üslubda
sevişirdi. Tez-tez təkrar edirdi, sevməyə tələs, yoxsa ölməyə
gecikərsən.
Və bir gün, yataq otağında qadının cəsədini tapdılar.
İntihar etdiyi söylənirdi. Etmişdimi? Qadın ölümündən əvvəl aynaya dodaq
boyasıyla bu sözləri yazmışdı, "dünyaya gələrkən bakirə idim, bakirə
olaraq da ölürəm. Əlvida həyat və müqəddəs küçələr..."