Ay dunya...
Güllə varsa açılacaq,
Bəs indi biz neyləyək?
Bir əlimizdə bayraq, birində güllə,
Bir əlimizdə quran, birində güllə,
Bir əlimizdə uşaq əli,
Birində güllə,
Biz kimi qoruyuruq, ilahi, kimi?
Taxıl əkirik, tank
düzəldirik,
Məktəb tikirik, top düzəldirik,
Dərs söyləyirik, düşmən göstəririk,
Kimi aldadırıq kimi, ilahi?
Biz neyləyək,
Kimin yanıda duraq?
Deyəsən dərs qurtardi, zəng çalındı,
Bəlkə dünyadan çıxaq?
Yağış
Göylərin dərdini deyib yerlərə,
Dağlarda, düzlərdə sellənən yağış.
Buludun bir sevgi məktubu kimi,
Küləyin əlində yellənən yağış.
Şimşəklər qırmızı sətirləridi,
Ildırım diliylə dillənən yağış.
Damcısı torpağa dəyib əzilən,
Sonra çiçəklərlə güllənən yağış.
Yoxsul adamları küsdürüb bəzən,
Küçədə, yollarda bellənən yağış.
Içindən sevgisi qutaran kimi,
Iri çalalarda göllənən yağış.
Göllənib torpaqda fikir eləmə, Yenidən göylərə qayıdacaqsan. Döyüb qapımızı, pəncərəmizi, Sən bizi yuxudan oyadacaqsan.
Bayraq şəkli
Körpə süd
şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.
Mən bayraq
çəksəydim o uşağın şəklini vurardım
Bütün ölkələrin bayaraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ördenləri
Bir an içində qoparıb atardılar.
Tankın
yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.
Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...
Arzu
Bir quş qanadı qədər sevinmək istəyirəm.
Hanı qanadlar, qırıldı ki...
Quşları güllələr yamsıladı,
Güllələr quşlara vuruldu ki...
Fikir kimi
şütüyən bir arı qədər sevinmək istəyirəm,
Hanı, arılar şəkərlə aldadıldı ki...
Balıqlar
dənizin xəyallarıdı,
Bir balıq qədər atılıb düşmək istəyirəm,
Hanı, bütün balıqlar tordadı ki...
Yarpaqlar
çiçək olanda
Qırmızı bir