Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.

1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak ediblər.

Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu noyabrın 15-də xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.