Azərbaycanda 2016-cı ilin yanvar, fevral və mart ayları ərzində 575 nəfər adının, ata adının və soyadının dəyişdirilməsi üçün müraciət Ədliyyə Nazirliyinə müraciət edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə AzVisoon.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov məlumat verib.
Onun sözlərinə görə, müraciət edənlərin 296 nəfəri kişi, 279-u isə qadındır.