Azərbaycanın 10 milyonuncu sakini haqda YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın 10 milyonuncu sakini dünyaya göz açıb. Ölkəmizin 10 milyonuncu vətəndaşı qız uşağıdır.

Bakupost.az Ağdam rayonunun Göypəyə kəndində qeydiyyatda olan körpənin ailəsi haqda məlumat öyrənməyə çalışıb. Məlum olub ki, körpənin anası Ocaqova Nigar Çərkəz qızı müəllim işləyir.Atası Həsənov Rauf Yunis oğlu isə hüquq-mühafizə orqanlarında çalışır. O, polis nəfəridir.

Ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır.