Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus "İL-76” hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.
sabahinfo.Az Modern.az-a istinadən xəbər verir ki, təyyarə pilotunun danışıqları internetdə yerləşdirilib.
"Yerevana kimi uça bilmirik. Azərbaycan buraxmır. Uçuş qadağan olunub”, - deyə dispetçerin səs yazısında deyilir.
Sonradan ekipaja geriyə - Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.