Bakının mərkəzindəki bahalı ərazi Füzuli Ələkbərovun imiş - FOTOLAR

Bakının Nizami ("Tarqovu”) küçəsində illərdir boş qalan və avtodayanacaq kimi istifadə edilən böyük ərazi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun imiş.

Sabahinfo.az-ın məlumatına görə, bu iddianı afn.az saytı ortaya atıb. F.Ələkbərovun Bakıdakı mülkləri haqda araşdırma hazırlayan sayt bildirir ki, paytaxtın ən bahalı ərazilərindən biri olan bu torpaq sahəsi də keçmiş nazirə aiddir.

Sayt yazır ki, Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsi F.Ələkbərova məxsusdur. Bu ərazi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının "Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.
Ərazi dayanacaq kimi fəaliyyət göstərir. Sayt iddia edir ki, buranın vergisi də verilmir.