Dünyanın ən bahalı mobil telefonları - SİYAHI
Bürclər - 1 may
"Yaz aylarında düşən atmosfer yağıntıları sürüşmə proseslərini aktivləşdirib”
Sürücülərin nəzərinə: Bu yol müvəqqəti bağlanır
<a
href='http://adserver.adnetant.net/openx/www/delivery/ck.php?n=a63514c8&amp;cb=INSERT_RANDOM_NUMBER_HERE'
target='_blank'><img
src='http://adserver.adnetant.net/openx/www/delivery/avw.php?zoneid=208&amp;cb=INSERT_RANDOM_NUMBER_HERE&amp;n=a63514c8'
border='0' alt=''/></a>
Bürclər - 1 may
Qoç - Titan və Himaliya sizə uğurla bahəm, problemlər də
vəd eirlər. Hər işin bir nəticəsi var, onlar da müəyyənliklə
fərqlənirlər. Çətinliklərlə qarşılaşsanız belə, inad və qətiyyətlə
irəliləyin.
Yaşamaq çətindir, amma bilin ki, sizi himayə edən Təala həmişə, ən çətin anlarda belə, dadınıza çatacaq.
Bacarıq və biliklərinizdən yararlanın.
Situasiyaların
inkişafını izləyin. Olaylarda ikinci məna, çox incə hazırlanmış intriqa
aşkarlana bilər. Etiraf və ya komplimentlərlə bağlı mənasız
gözləntilərə qapılmayın.
Cazibə və ya vəd nə qədər maraqlı olsa da, sizinlə bağlı gözləntilər bir o qədər artacaq.
Buğa -
Fobos və Sinopenin münasibətləri günü sərt, çərçivəli yaşama
çevirəcək. Tərəfdaşınız stabillik və təminata ehtiyac duyursa, fəaliyyət
ərazisini dəqiq müəyyənləşdirin, fərdiyyətçiliyinizi qoruyaraq
uğurunuzu nümayiş etdirin. İşdə və evdə qayda yaradın.
İstənilən söz, hadisə və əşyaya doğru yer tapın. Bütün bunlar sizə olan etibarı artıra bilər.
Münasibətlərə
yenidən nəzər salın, yaxın insanın hisslərinə dəyər verin. Ehtiyac
yaranarsa, yeni aksentə əl atın. Kollektivdə hadisələrin inkişafını
müşahidə edin.
Səhvinizi və ya məğlubiyyətinizi səbirsizliklə gözləyən bədxah var.
Əkizlər
- Mimasa və Ledanın münasibətləri ətrafınızda baş verən hədisələrin
sizi gərginlikdə saxlamasına rəvac verəcək. Rəqiblər qaydaları pozacaq,
"partizan savaşı" aparacaq, sizi cavab tədbirlər barədə düşünməyə vadar
edəcək.
İstənilən situasiyada özünüzü zəif göstərməyin, vicdanınızı aldatmağa çalışmayın.
Tələsməyin. Aramla davransanız, kobud səhvlər etməzsiniz.
Gün çoxlu faydalı məqamlar bəxş etsə də, bir neçə mürəkkəb sual və tapşırığı da gündəmə gətirəcək.
Gözləntiniz
və ya gördüyünüz işdə nöqsan aşkarlanacaq. Olanla kifayətlənməsəniz,
nəyisə dəyişməyə can atın, "olmaz" sözünü unudun. Yeni işə başlasanız,
sizi çətinlkilər gözləyir.
İstənilən halda əvvəlki günlərlə müqayisədə bu gün işlər iki dəfə çoxdur.
Xərçəng -
Neptun və Plutonun münasibətləri hisslərinizdə qarışıqlıq, işlərinizdə
isə rasionallıq yaradacaq. Mümkün qədər tez həll etmək istədiyiniz
işlərlə məşğul olun.
Əvvəlki dönəmlərlə müqayisədə indi daha çox güzəştə getməli olacaqsınız.
Hadisələrə
təsir imkanlarınız çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın.
Əməllərlə yanaşı, alınan məlumatların təhlilində aktiv olun.
Maddi
məsələlərdə gözləntiləriniz doğurlmaya bilər. Gərəkli nə isə almaq və
ya gəlir əldə etmək şanslarınız yox deyil, amma perspektivlər aydın
deyil. Belə gözləntilər işin artmasına, planlaşdırılmamış fəaliyyətə
səbəb ola bilər.
Münasibətlərin aydınlaşdırılmasında fəallıq etməyə can atsanız, ötənlərdəki səhvlər xatırlanacaq.
Gərəksiz insan və lazımsız əşyalardan qurtulmaq üçün düşərli gündür.
Şir -
Lisiteya və Pasifenin münasibətləri təşəbbüslərinizlə ideyalarınızın
təqdimatı üçün uğurlu gün deyil. Planlarınızı açıqlamayın, əks halda
onlardan rəqiblər yararlana bilərlər. Diqqəti özünüzə cəlb etməyin.
Sıçrayışdan, atılımdan əvvəl bəzən bir qədər dincəlmək, istirahət etmək gərəkdir
Sizə lazım olan özü yaxınlaşacaq. Amma bu gün yox.
Az
sonra işlər artacaq. Hazır olun, yaşamınızda qayda yaradın. Hadisələrin
gözlənilməz inkişafına, yaxud da emosiyaların qəfil dəyişkənliyinə
hazırlaşın.
İşdə və evdə qayda yaradın. Bütün
bunlar gərginliyi azaltmağa, sizi müxtəlif tərəflərə çəkən təmayüllərin
öhdəsindən gəlməyə imkan verəcək.
Qız -
Hiperion və Mimasın münasibətləri yaxın ətrafınızda anlaşılmazlıq,
dolaşıqlıq yarada bilər. İş yoldaşı və ya tərəfdaşlarınızdan biri
"oyun"dan çıxa bilər.
İşgüzar və şəxsi həyatda
"boşalan" yeri doldurmağa tələsməyin. Macəralarınızda hadisələrin
maraqlı düyününə düşə bilərsiniz. Belə düyünlər o qədər də təhlükəsiz
deyil.
Yaxın adamla münasibətlərdə mübhəm
məqamlar çox olacaq. Həmin məqamlara sakit yanaşın. Heç nə tələb etməyib
araşdırmağa çalışmasanız, yetərincə maraqlı sözlər eşidəcəksiniz.
Nigaranlıq
və incikliyinizə cavab alacaqsınız. Amma nəyisə düzəltməyə, müdaxiləyə
tələsməyin. Təşəbbüskar bu gün siz olmamalısınız.
Tərəzi
- Amalteya və Demosun münasibətləri sizdən maddi məsələlərdə çox
realist davranmağı tələb edir. Bu yaxınlara qədər ciddi önəm verdiyiniz
insana münasibətlərinizdə soyuma müşahidə oluna bilər.
Yanlışlıq, səhv nəticələrdən, ən başlıcası isə rifahınıza və durumunuza zərbə vura biləcək addımlardan qaçın.
Sizə yaxın olan insanın müdrikliyində dayaq arayın, yaxşı məsləhəti qulaqardına vurmayın.
Məqsədə
doğru aparan yolda ciddi maneələr yarana bilər. Vasitə və ya fiziki
resurslarınızın rəqabətdə qalib gəlməyinizə bünövrə olmasına çalışın.
Yaşam sizi heç sevmədiyiniz seçimə vadar etsə də, gərginlik və
yorğunluğun bir qismi aradan qalxa bilər.
Evdə, işdə qayda yaradın, təmirə ehtiyac duyan əşyanı sazlayın.
Əqrəb -
Uran və Merkurinin münasibətləri istənilən problemlərlə ifrat səyləri,
habelə lazımsız təvəccöhləri kənarlaşdırmağı məsləhət bilir.
Hissiyatınızı
dinləyin. Başqasanın dalğasına asanlıqla uyğunlaşsanız da, situasiyaya
təsir cəhdlərinə baş vurmayın. Tənbəllik və ya alternativ maraq
səylərinizi üstələməsin. Emosional durumu təhlil etmək şansından
yararlanın, sizi narahat edən və ya geri çəkən məqamı anlayın.
Vəziyyət, oyun iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.
Diqqətinizi yeni marağa yönəldəcək və ya maddi-maliyyə perspektivlərinə faydalı əlavə olacaq yeni tanışlıq baş tuta bilər.
Xüsusi
gərginlik tələb etməyən işlərlə məşğul olun, tanışlarla əlaqələrə
diqqət yetirin, onların istək və qayğılarını anlayın. Sizinlə
manipulyasiya etmək istəyənlərə imkan verməyin.
Oxatan -
Uran və Saturnun münasibətləri maraqlar toqquşmasında müşahidəçi
mövqeyi tutmağı məsləhət bilir. Öhdəlik və həvalə edilmiş işi yerinə
yetirin, yeni ideya və planlarını bəyan edərək sizə yeni iş tapşırmaq
istəyən adamların çağırışlarına məhəl qoymayın.
Bu gün başqalarının energetikası sizə nə qədər az təsir edərsə, bir o qədər yaxşıdır.
Kimsə
peyda olaraq sizə maddi və mənəvi dəstək verə bilər. Yardım və düz yola
yönləndirilmək də istisna deyil. Cari problemlərin həlli belə, yaradıcı
potensialınızı stimullaşdıra bilər.
Həyatdan
kam almaq, dostlarla görüş, hədiyyələr üçün düşərli gündür. Bununla
yanaşı, narahatlıq və nigaranlıq da hiss oluna bilər.
Səhhətinizə və istirahətə daha çox vaxt ayırın.
Oğlaq -
Serera və Yupiterin münasibətləri sizə seçim anının yaxınlaşdığını
bildirir. Fəqət, təminat və vasitələrin kasadlığı seçimi çətinləşdirə
bilər. İstənilən şübhəni təhlil edin, fikirləşmək və qərar verməyə vaxt
ayırın. İşdə həmkarlarınız, biznesdə tərəfdaş, təhsildə dost və
rəfiqənin fikrini nəzərə alın.
Yaxın ətrafınızdakı insanlar ümumi işə pul yatırmağa hazırdır?
Başlanan
işləri yarımçıq qoymayın. Şəxsi münasibətlərdəki qərar və addımlarınız
da çətinlik yarada bilər. Situasiyalardakı yanlışlıqların aradan
qaldırılması, yardıma ehtiyac duyanlara dəstək olmaq, nasaz və ya
sıradan çıxmış əşyaların təmiri, yaşam məkanında qayda yaradılması ilə
məşğul olmağa dəyər.
Əyləncə və istirahət üçün əlverişsiz gündür.
Xəstə olana axşam baş çəkin, emosional travma almışa dəstək olun, valideynlərə zəng vurun.
Dolça -
Haumea və Makumakenin münasibətləri nüfuzlu insanla aranızdakı
münasibətləri gərəcək. Təzyiqlərə məruz qaldığınızı düşünəcəksiniz.
Yaxın ətrafınızdakı insanların tələblərlə təzyiqləri rahat işə imkan
vermir, həyatın tempi sürətlənir.
Yaxşı olar
ki, situasiyada güzəştli məqamlar tapın, hamının sizə borclu olduğunu
düşünməyin. İmicdə zəruri dəyişikliklərlə bağlı düşünmək üçün əlverişli
vaxtdır.
Zərərli vərdişləri keçmişdə qoymaq, yeni təmrinlərə başlamaq, ya da pozitiv fəaliyyətlə məşğul olmaq zamanıdır.
Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Pulunuz
varsa, alış-veriş edin, amma bədxərcliyə yol verməyin. Bəzəkli
dükanlara aldanmayın: hər şeyi olduğundan baha almaq və aldanmaq
istəyirsinizsə, başqa məsələ.
Gözəllik salonu, bərbərxanaya baş çəkməyi sabaha saxlayın. Şəxsi münasibətlərdə ekstravaqantlığa yol verməyin.
Balıqlar -
Serera və Neptunun münasibətləri qüvvənizi, enerjinizi artıracaq.
Bəndlərin dağılması, divarların alt-üst edilməsi, daxili qiyam və
zahirdəki şərtlərə üsyan mümkündür. Bütün bunlar yaşamda ciddi
dəyişikliklərə səbəb ola bilər.
Ulduzlar belə situasiyanı müəyyənləşdiriblər. Emosiyalarınıza hakim olun.
Şərtlərin dəyişməsini istəməsəniz də, hazırlaşın.
Əlavə güzəşt və kompromislərə getməyiniz, əlavə iş görməyiniz gərəkdir.
Planlarınızın
dəyişməsi barədə ailə üzvlərinizə açıqlama verin. İş yerini dəyişmək və
ya təhsil aldığınız yerdə reallaşdırmaq istədiyiniz əməllə bağlı yaxşı
düşünün. Niyyətinizi gerçəkləşdirməyə tələsməyin.
Dünən gecə gördüyünüz yuxunu anlamağa çalışın, məsləhətlərə qulaq asın.

